Şimali Atlantika Alyansı mayın 19-da Ukrayna, İsveç və Finlandiya, eləcə də Asiya-Sakit Okean regionunda (ASR) tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə Baş Qərargah rəislərinin iclasını keçirəcək.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun yaydığı bəyanatda deyilir:
"NATO Hərbi Komitəsinin mayın 19-da keçiriləcək iclası NATO-nun 30 dövlətinin Baş Qərargah rəislərinə alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək". Marqarita pizza
Məlumatda qeyd olunur ki, iclasın işçi sessiyalarından biri tamamilə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına həsr olunacaq, o, “Finlandiya, İsveç və Ukraynadan olan tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iştirakı ilə” keçiriləcək.
Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreyanın iştirakı ilə ASR üzrə ayrıca sessiya keçiriləcək və burada regiondakı son hadisələr nəzərdən keçiriləcək.
Bundan əlavə, alyans ölkələrinin baş qərargah rəisləri NATO-nun müdafiəsi və qarşısının alınması məsələlərini və alyansın iyunun sonunda Madriddə keçiriləcək sammitinə hazırlıq məsələlərinə baxacaqlar.
Telegram kanalımız