Ukraynanın hərbi kəşfiyyat rəhbərinin həyat yoldaşını zəhərləyiblər 

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın hərbi kəşfiyyat rəhbərinin həyat yoldaşını zəhərləyiblər 

Maraqlı

28 Noyabr 2023 12:43 686


Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı zəhərlənib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, Marianna Budanova xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, o, ağır metallarla zəhərlənib. Səhhəti pisləşdikdən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, hazırda müalicə kursu tamamlanır, həkimlər tərəfindən sonrakı izləmələr davam edir.  Dominos pizza

"Bu maddələr gündəlik həyatda və ya hərbi işlərdə heç bir şəkildə istifadə edilmir. Onların olması konkret bir şəxsi zəhərləmək üçün qəsdən cəhdi göstərir, - deyə qeyd edilib. 

Xatırladaq ki, Budanova 2021-ci ilin iyun ayından Kiyev meri Vitali Kliçkonun müşaviri vəzifəsində çalışır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!