Ukraynanın keçmiş prezidenti 22 milyon dolları həyat yoldaşının adına keçir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynanın keçmiş prezidenti 22 milyon dolları həyat yoldaşının adına keçir

Dünya

01 Aprel 2026 22:00 530


Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2025-ci ildə təxminən 22.5 milyon dollar dəyərində olan qiymətli kağızları həyat yoldaşının adına yenidən rəsmiləşdirib.

"Yeni Sabah" xəbər verir ki, bu, onun 2025-ci il üzrə gəlir bəyannaməsində əks olunub.

Qiymətli kağızların verilməsi "hədiyyə" kimi rəsmiləşdirilib. Bundan əlavə, P.Poroşenko Avstriya, Kipr, Türkiyə və Ukraynanın müxtəlif banklarında olan hesablarda təxminən 35 milyon dollar, həmçinin ümumi məbləği 72.2 milyon dollar olan nağd pul vəsaitini bəyan edib. Toyuqlu pizza

Poroşenkonun ailəsinin mülkiyyətində beş yaşayış evi, torpaq sahələri və avtomobillər də var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!