Ulduz futbolçu azarkeşlərdən qorunmaq üçün it aldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ulduz futbolçu azarkeşlərdən qorunmaq üçün it aldı - Foto

İdman

23 Sentyabr 2019 14:18 1153


İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba özünə mühafizəçi it alıb.

“Yeni Sabah” “The Sun” nəşrinə istinadən xəbər verir ki, futbolçu qorunmaq məqsədilə itlərin böyüdülməsi və tərbiyəsi ilə məşğul olan şirkətə 15 min funt ödəyib. Buna səbəb “qırmızı-şeytanlar”ın azarkeşinin 28 yaşlı futbolçuya qarşı aqresiv münasibət sərgiləməsi olub. Fanatlar klubun bazası yaxınlığında “Poqba Out” (Poqba, çıx) sözləri də yazıb.

Qeyd edək ki, bütün bunlara səbəb azarkeşlərin son zamanlar fransalı futbolçunun oyununu bəyənməməsidir. O, bir neçə oyunda real penaltiləri qola çevirə bilməyib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!