“Unibank”a nə olub? - Tətbiq işləmir, müştərilərdən kütləvi etiraz...

saytların hazırlanması

Evə çatdırılma

“Unibank”a nə olub? - Tətbiq işləmir, müştərilərdən kütləvi etiraz...

İqtisadiyyat

01 Mart 2025 07:51 1002


Dünən günün sonundan “Unibank” müştəriləri bankın mobil tətbiqinə daxil olmaqda çətinliklərlə üzləşiblər.

“Yeni Sabah” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Müştərilər tətbiqə girişin mümkün olmadığını bildirirlər. 

Bununla bağlı istifadəçilər onlarla paylaşım edib, həmin şikayətlərinə bankı “tag” etsələr də heç bir reaksiya yoxdur. İstifadəçilərdən biri “neçə vaxtdır ki, məndə bu tətbiq normal işləmir. Həftələrdir köçürməni ümumiyyətlə heç edə bilmirəm” deyə bildirib.  Sezar pizza

Digər şikayətçilərin bəzilərinin dediklərini qeyd edək: 

“LeoBank məni əsəb edib günortadan . Tam da təcili lazım idi. Proqram açılmadı”

“Bu gün səhərdən Leobank düz əməlli işləmir. Nə gələn, nə də gedən pulu göstərmir”

Bu qədər müraciət və şikayətlərə baxmayaraq, yazı sayta yerləşdirilən ana qədər “Unibank”ın rəsmi kanallarında bu problem haqda heç bir açıqlama verilməyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!