UNICEF rəsmisi məktəblinin intiharından danışdı

saytların hazırlanması

Evə çatdırılma

UNICEF rəsmisi məktəblinin intiharından danışdı

Sosial

08 Aprel 2019 19:16 837


"14 yaşlı Elinanın ötən həftəsonu boyunca çox sayda insanların emosiyalarını tarıma çəkən faciəvi taleyi bizə xatırladır ki, mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, biz hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik". 

"Yeni Sabah” xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin  sosial şəbəkə hesabında yazıb.

"Baxmayaraq ki, biz bu spesifik faciənin əsasında dayanan səbəblər barədə fərziyyələr yürütməməliyik, bununla belə risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var. Bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan - risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir. UNİCEF-in Azərbaycan Nümayəndəliyi hazırda təkmilləşdirilmiş yönləndirmə sistemlərinə əlavə olaraq, yeni sosial işçi proqramları hazırlamaqda və onları Azərbaycanın bir neçə rayonunda sınaqdan keçirməkdədir. pizza sifarişi

Lakin elə bu gün mən kollektivimizdən xahiş etdim ki, bunu Azərbaycandakı uşaqları müdafiə fəaliyyətimizin mütləq prioritetinə çevirsinlər. Qarşısı alına biləcək yeni-yeni faciələri gözə ala bilmərik”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!