Qərbi Yarımkürənin ən kasıb ölkəsi olan Haitidə avqustun 14-də baş verən zəlzələ 130 minə yaxın evi dağıtdı, yolları kəsdi və yüzlərlə insanı qeyri-müəyyən gələcəyi yaşamağa məhkum etdi.
Yenisabah.az xəbər verir ki, 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sağ çıxanların əksəriyyəti bu gün övladlarını istədikləri şeylərlə təmin edə bilmədikləri üçün böyük narahatlıq keçirir.
Zəlzələ bölgəsində “Reuters”ə danışan ondan çox valideyn mövcud durumun öhdəsindən necə gəlmək lazım olduğunu bilmədiklərini dilə gətirib. Dördpendirli pizza
UNICEF zəlzələdən yarım milyondan çox uşağın zərər çəkdiyini bildirib.
Haiti səlahiyyətlilərinin açıqlamalarına görə, zəlzələdə ən az 2 207 insan həyatına itirib, 12 268 nəfər yaralanıb və 344 nəfər itkin düşüb.
Telegram kanalımız