Odlar Yurdu Universiteti şəhidin həyat yoldaşının təhsil haqqını qarşılayıb.
Universitetdən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşı Ağayeva Gülşən Müdavil qızı Odlar Yurdu Universitetinin “Ekologiya” ixtisasının əyani şöbəsinə qəbul olub. Şəhid xanımının təhsil haqqı xərclərinin tam ödənişinin qarşılanmasını Odlar Yurdu Universiteti öz üzərinə götürüb.
Telegram kanalımız