Universitetdən rektor-müəllim qalmaqalına cavab

saytların hazırlanması

Evə çatdırılma

Universitetdən rektor-müəllim qalmaqalına cavab

Sosial

03 Aprel 2019 21:42 1060


Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Hüseynov Vidadi Fərzəli oğlu ilə bağlı prezidentə müraciət edilib. İddia edilir ki, heç bir səbəb göstərilmədən, 07.02.2017-ci il tarixində başqa işə keçiriləcəyini vəd verməklə ondan ərizə alan rektor Cəfər Cəfərov iki ildən artıq bir müddət ərzində Vidadi Hüseynovu işsiz qoyub. 

Bununla bağlı ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, yayılan məlumat əsassızdır:

“Vidadi Fərzəli oğlu Hüseynov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin Tədrisin keyfiyyətinin idarə olunması və monitorinq bölməsinin nəzarətçisi vəzifəsində işləyib. Vidadi Hüseynovun 06.02.2017-ci il tarixli ərizəsinə əsasən ADPU Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilib və onun əmək müqaviləsinə xitam verilib. Vidadi Hüseynova qarşı heç bir haqsızlığa, ədalətsizliyə  yol verilməyib. Dövlət başçısına ünvanlanan müraciəti imzalayan  207 nəfər Lerik rayon sakininin görünür ki, bu barədə dəqiq məlumatı yoxdur. Çox təəssüflər olsun ki, Vidadi Hüseynov onları yanlış məlumatlandırmış, hətta məsələni siyasiləşdirməyə çalışmışdır”. Dördpendirli pizza

M,İbrahimov qeyd edib ki, müraciətdə Vidadi Hüseynovdan iki ərizə alınması ilə bağlı edilən iddia həqiqəti əks etdirmir:

“Əgər belə bir hal olubsa, birincisi, Vidadi Hüseynov niyə ərizə yazırdı, ikincisi, bu barədə məhkəməyə, yaxud digər müvafiq dövlət təşkilatlarıına niyə müraciət etmirdi? Əmək müqaviləsinə xitam verildikdən uzun müddət sonra Vidadi Hüseynov Azərbaycan Respublikasının dövlət və hakimiyyət orqanlarına saysız-hesabsız məktublar yazaraq işdən haqsız çıxarılmasını iddia edib. ADPU adıçəkilən orqanlara Vidadi Hüseynovun yazdığı ərizənin və barəsində verilmiş əmrin surətlərini təqdim edib.  Bütün bu həqiqətlərə əhəmiyyət verməyən Vidadi Hüseynov Lerik rayon sakinləri adından dövlət və hakimiyyət orqanlarına haqsız müraciətlər yazır, əsassız tələblər qoyur. 

Vidadi Hüseynov Kimya və biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kaferdrasında müəllim işləmək istəyir. Vidadi Hüseynov bilməlidir ki, müəllim vəzifəsini tutmaq üçün Əmək Məcəlləsinin 50-ci  maddəsinə uyğun olaraq müsabiqədən keçmək lazımdır. ADPU-nun Vidadi Hüseynovun qarşısında hər hansı bir öhdəliyi yoxdur. Müraciətdə göstərilən digər məqamlarda Vidadi Hüseynovun subyektiv fikirləri, şəxsi mülahizələridir. Bu fikir və mülahizələrin isə heç bir hüquqi əsası yoxdur. Onu da qeyd etmək istəyirik ki, Vidadi Hüseynovun eyni mahiyyətli ərizələri araşdırılaraq 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə və Təhsil Nazirliyinə  müvafiq yazılı cavablar  verilib”.

Şöbə müdirinin sözlərinə görə, gerçəklikdən uzaq yazılar ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək, universitetin rəhbərliyinin şərəf və ləyaqətinə  kölgə salmaq cəhdi kimi qiymətləndirilir: "İctimaiyyətin, xüsusilə də, ictimai rəyin ölkədə aparılan islahatlara dəstəyi olduqca vacibdir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin bütün kollektivində böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Bu tip yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Buna görə də hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən  “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq daxil olan məlumatları tam və hərtərəfli araşdırmağı, yoxlanılmadan dərc edilməməsini xahiş edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!