Universitetlər vətəndaşların mühüm sənədini girov saxlayır -   VƏKİLDƏN ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

Universitetlər vətəndaşların mühüm sənədini girov saxlayır - VƏKİLDƏN ETİRAZ

Sosial

14 Yanvar 2026 13:35 404


“Tələbənin orta təhsil attestatı niyə ali məktəblərimizdə saxlanılır? Tələbəyə surətini notarial (və ya apostil) təsdiq etmək lazım olanda da ali məktəb attestat əvəzinə başqa sənədi girov kimi saxlayır və ya ümumiyyətlə attestatı tələbənin əlinə verməyərək notariusa özü aparır”.

“Yeni Sabah” xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov yazıb.

O bildirib ki, attestatın universitetə verilməsi lüzumsuz qaydadır: Pepperoni pizza

 “Sanki attestat tələbənin deyil, ali məktəbin mülkiyyətidir. SSRİ-dən qalma yersiz bürokratik qaydadır. Sivil dünyada abituriyent daxil olduğu ali məktəbə attestatın təsdiq olunmuş surətini təqdim edir. Yalnız keçmiş SSRİ məkanında bu anormal və tələbəyə əziyyət verən, ali məktəbi isə əlavə kargüzarlıqla yükləyən qayda var. Belə bəsit məsələdə keçmişdə qalmış təhsil sistemimizin mahiyyət üzrə bərbad olması labüddür...”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!