Unudulmaz Milli Qəhrəmanlar

saytların hazırlanması

Evə çatdırılma

Unudulmaz Milli Qəhrəmanlar

Sosial

29 İyul 2020 20:48 2262


Bu gün Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Musayev, Nadir Əliyev, Aqil Məmmədov və “İgidliyə görə” medalı ilə təltif edilən Əhməd Abdullayevin doğum günüdür.

***

Əslən Qusar rayonunun Gican kəndindən olan Fəxrəddin 1957-ci ildə Türkmənistanda anadan olub. 1975-ci ildə hərbi xidmətə yollanıb. Əvvəlcə keçmiş Çexoslovakiya Respublikasında, sonra isə Rusiyanın Orenburq vilayətində qulluq edib. Azərbaycanın Milli Ordusu yarandıqdan sonra Vətənə qayıdaraq Qarabağda gedən hərbi əməliyyatlara qoşulub. Sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə orduda böyük şöhrət qazanıb. Toyuqlu pizza

Baş leytenant Fəxrəddin Musayev 1992-ci il aprelin 11-də Füzuli rayonunda gedən ağır döyüşlərdə düşmənə raket zərbələri endirərkən qəhrəmancasına həlak olub. İgid döyüşçü Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli Fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qusar rayonunun mərkəzi küçələrindən biri onun adını daşıyır, vaxtilə yaşadığı binanın önünə barelyefi vurulub. Fəxrəddin Musayev ailəli idi, bir oğlu yadigar qalıb.

***

Nadir Əliyev 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, ailəsi ilə birlikdə Bakıya köçüb. Elə həmin il Bakı Politexnik Texnikumuna daxil olub. 1981-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş, az sonra hərbi xidmətə çağırılıb.

Hərbi xidmətini 1983-cü ildə Qazaxıstanın Leninsk şəhərində başa vuran Nadir Əliyev Bakı Tunel Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verir və hüquq fakültəsinə daxil olur. 1986-cı ildə bir neçə tələbə ilə birlikdə onu Moskvada Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onu Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. Nadir Vətənini, doğma torpağını öz canından artıq sevən Nadir Əliyev öz xahişilə döyüş bölgəsinə göndərilib.  O, Qarabağ və ətraf rayonlarda işlədiyi dövrdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilib. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edib. O, 22 iyul 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndinin müdafiəsi uğrunda gedən ağır döyüşlər qəhrəmancasına həlak olub.

***

Aqil Məmmədov isə 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirib. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnib. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlayıb.

1987-ci ildə hərbi xidmətə çağırılan Aqil Məmmədov 1 il sonra Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıdıb. 1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey isə kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. Aqil Məmmədov döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir. Amma tale onun bəxtinə gülmür. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

***

1976-cı ildə Cəlilabad rayonunda anadan olan Əhməd Abdullayev 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.

Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.

2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.

2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!