Ürək-damar xəstələri peyvənd oluna bilərmi? -   Həkim rəyi

saytların hazırlanması

Evə çatdırılma

Ürək-damar xəstələri peyvənd oluna bilərmi? - Həkim rəyi

Sağlamlıq

04 May 2021 12:40 729


Ürək-damar xəstələri COVID-19 peyvəndi vurdura bilər.

Yenisabah.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev deyib.

O bildirib ki, koronavirusa qarşı peyvənd mütləq şəkildə edilməlidir: “Çünki COVID-19 ürək-damar xəstəlikləri, xroniki tənəffüs yolları xəstəlikləri, endokrin xəstəlikləri olan insanlar arasında, eləcə də yaşlı insanlar arasında ölüm hallarını artıran bir xəstəlikdir. Ürək-damar sistemi xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərin olması, koronavirusa qarşı peyvənd üçün əks göstəriş deyil. Gənclər ilk növbədə yaşlı insanları qorumaq üçün peyvənd olunmalıdır. İnfeksiyanın daha çox yayılaraq risk qrupuna aid olan insanlara təhlükə yaratmaması üçün bu vacibdir”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!