Uşağın ölü doğulması ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Uşağın ölü doğulması ilə bağlı cinayət işi açıldı

Maraqlı

11 Oktyabr 2023 13:10 270


Şirvanda körpənin ölü doğulması faktı ilə bağlı cinayət işi başlanıb. 

Bu barədə Yenisabah.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, iyulun 22-də Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Aygün Əzizovanın Şirvan Şəhər Mərkəzi Xəstəxanasında körpəsinin ölü doğulması faktı ilə bağlı araşdırma aparılıb.  pizza hut

Araşdırma zamanı Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!