Uşaq qidasından yad cisimlər çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Uşaq qidasından yad cisimlər çıxdı

Kriminal

04 Aprel 2019 17:25 1080


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilmiş və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunmuşdur. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilmişdir. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur. pizza mizza

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!