Uşaq “R“ deyə bilmirsə... - Bunun səbəbi nədir?

saytların hazırlanması

Evə çatdırılma

Uşaq “R“ deyə bilmirsə... - Bunun səbəbi nədir?

Sağlamlıq

28 Mart 2023 13:30 4667


Bəziləri uşaqlıqdan "R" hərfini tələffüz edə bilmir. "Rotasizm" adlanan bu halda insanlar başqa səsdən istifadə edir. Buna səbəb nədir? İnsanlar “R” hərfinin tələffüzündəki problemi necə aradan qaldıra bilər?

Defektoloq-loqoped Qönçə Ağayeva mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, “R” hərfinin düzgün tələffüz edilməməsində müxtəlif səbəblər ola bilər:

“Tələffüz problemi olan uşağı müayinə etməliyik. Müayinədən sonra bunun səbəbini bilmək olar. Bəzi uşaqlarda bu, anadangəlmədir. Başqa bir səbəb valideynlərin övladları ilə "uşaq dili"ndə danışmasıdır. Onlar "gəlirəm", "gedirəm" əvəzinə həmin szöləri “geliyəm", "gediyəm” formasında tələffüz edir. Bu da uşaqlarda səhv təsəvvür formalaşdırır. Marqarita pizza

5 yaşa qədər azyaşlılarda səslər oturuşur. Dediyimiz halda "uşaq dili"ndən istifadə onlarda "R" səsinin işlətmə  çətinliyi yaradır. Çünki belə danışmaq artıq vərdiş halını alır. Bu problemin loqoped müalicəsi ilə aradan qaldırıla bilər”.

Şəhla Ağazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!