Uşaqlar arasına koronavirus sürətlə yayılır

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar arasına koronavirus sürətlə yayılır

Sağlamlıq

29 Oktyabr 2021 07:18 1036


Rusiyada uşaqlarda koronavirus dalğası başlaya bilər, çünki kollektiv immunitet əsasən böyüklərdə formalaşır.

Bu sözləri rusiyalı uşaq pulmonoloqu Tatyana Əliyeva deyib.

Həkimin sözlərinə görə, Çelyabinsk vilayətində COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən yeniyetmə və uşaqların sayı artır. Onlar üçün 160 çarpayı ayrılıb, onlardan 120-si oktyabrın 19-na qədər dolub. Dominos pizza

“Yetkin əhali indi peyvənd və kütləvi xəstəliklər səbəbindən kollektiv immunitetə doğru irəliləyir və bu, yəqin ki, pandemiyanın öhdəsindən gəlməyə ümid verir... Amma əgər koronavirus uşaqlar arasında yayılarsa, uşaqlar da eyni dərəcədə xəstəliyi ağır keçirməyə başlayarsa - bu tendensiya görünür - o zaman biz yeni dalğa ilə üzləşə bilərik”, - deyə Əliyeva bildirib.

Həkim hesab edir ki, uşaqlar arasında xəstələnmə hallarının artmasının səbəblərindən biri də asudə vaxtlarını insanların sıx olduğu yerlərdə uşaqlarla keçirən valideynlərin məsuliyyətsiz davranışları olub. Həkim uşaqlı ailələri evdə mümkün qədər çox vaxt keçirməyə çağırıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!