“Uşaqlar bezir, intihara əl atırlar...” – Deputat Kamilə Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqlar bezir, intihara əl atırlar...” – Deputat Kamilə Əliyeva

Sosial

09 Aprel 2019 16:18 1198


Son bir neçə ildir, azyaşlılar, xüsusilə məktəblilər arasında intihar və intihara cəhd hallarının sayı kəskin şəkildə artıb. Diqqəti cəlb edən hallardan biri odur ki, şagirdlər intiharı yaşadıqları evdə yox, təhsil aldıqları məktəbdə edirlər.

162 saylı məktəbdə baş verən hadisə isə məsələnin ciddiyyətindən xəbər verir. Bundan sonra məktəblərdə, valideynlər arasında həyəcan təbili çalmağa ehtiyac olduğu düşünülür. Çünki  son hadisə onu göstərir ki, orta məktəblərdə  elementar təhlükəsizlik qaydalarına riayət olunmur,  məktəb rəhbərliyi şagirdlərin psixoloji durumuna cavabdehlikdən imtina edirlər və ya bu kimi problemlər mövcuddur.

Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyeva “Yeni Sabah”a danışarkən bildirib ki, intihar hallarında yalnız məktəbi günahlandırmaq olmaz: pizza mizza

“Son hadisə ilə əlaqədar konkret fikir söyləmək çətindir. Çünki  hazırda hüquq mühafizə orqanları məsələni araşdırır. Yekun  fikri onlar deyəcəklər ki, baş verən həqiqətən intihardır yoxsa yıxılma olub və.s. Ümumiyyətlə isə  məktəblərdə intihar hallarının artmasının müxtəlif səbəbləri var.  Düşünürəm ki, bunu tək məktəblə əlaqələndirmək olmaz. Mən sırf son məsələ ilə bağlı danışmıram, ümumi təhsil ocaqlarında müşahidə etdiyimiz  intihar hadisələri ilə bağlı qeyd etmək istəyirəm.   İntihar hadisəsinin baş verdiyi yer məktəb ola bilər. Amma bunun səbəbləri aydınlaşdırılmalıdır. Niyə uşaqlar intihar edirlər? Bunlar ailə münaqişələri ilə əlaqədar ola bilər yaxud uşağın  psixoloji problemlərinin olması mümkündür. Hər bir işdə məktəbi günahlandırmaq  düzgün deyil”.

Deputat qeyd edib ki, təhsil ocaqlarının rəhbərləri  təhlükəsizliyi mütləq yüksək səviyyədə təmin etməlidir:

“Məktəblərdə nəinki, intihar məsələləri , ümumiyyətlə hər hansı bədbəxt hadisələrin qarşısının alınması istiqamətində tədbirlər görülməlidir. Məsələn, pəncərələr açıq olan halda ibtidai sinif uşaqlarının başına bədbəxt hadisənin gəlmə ehtimalı yüksəkdir. Tək intiharı vurğulamaq istəmirəm. Məktəblər uşaqların təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən tədbirlər görməlidir. Buna görə  rəhbərlik cavabdehlik daşımalıdır. Dediyim kimi sırf intiharla bağlı isə, səbəblər araşdırılmalı, buna vaxtında reaksiya verilməlidir. Valideynlər  uşaqlarına nəzarət etməlidir, onların psxiloji durumundakı fərqləri zamanında görməli, araşdırmalıdırlar. Valideyn münaqişələri, ailədaxili problemlər birbaşa uşaqların psixlogiyasına təsir edir. Uşaqlar bezir, intihara əl atırlar. Yəni müxtəlif səbəblər sadalamaq olar. Çox acınacaqlı haldır ki, hələ də məktəblərdə intihar hallarına təsadüf olunur. Bunlar araşdırılmalı və məsələnin kökü tapılmalıdır. Bundan sonra belə hadisələrin baş verməməsi üçün müxtəlif tədbirlər görülməlidir”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!