Qoruyucu maskaların məktəblilər arasında toksikomaniyaya meyilliliyi artıra biləcəyi ilə bağlı narahatlıq var.
Yenisabah.az xəbər verir ki, bu barədə "Votsapp"da həyəcanlı xəbərlər yayılır. İddialara görə, məktəblilər koronovirusdan qorunmaq üçün valideynlərin onlara verdiyi qoruyucu maskalara spirt damızdırmaqla keflənirlər ki, bu da toksikomaniyaya meyilliyi artıra bilər. "Onlar maskalara miqdarından artıq spirt damızdıraraq iyləyir və keflənirlər", - deyə "Votsapp" vasitəsilə yayılan səs qeydində bildirilir.
Toksikomaniya toksik maddələrin mütəmadi qəbulu nəticəsində yaranan asılılıq sindromudur. Toksikomaniya narkomaniyadan da təhlükəli hesab edilir.
Pediatr Vaqif Qarayev isə Yenisabah.az-az açıqlamasında belə bir halın olduğuna inanmadığını deyir. "Açığı mən "Votsap"da yayılan xəbərlərə inanmıram. Digər tərəfdən, spirtlə heç nə olan deyil. Spirt qısa müddətdə uçub gedir", - deyə pediatr bildirib.
Vaqif Qarayev koronovirus təhlükəsi ilə bağlı yaranmış ajiotaja da toxunub: "Başa düşürəm əhali narahatdır, qorunma yolları axtarır. Amma koronovirusdan xüsusi qorunma üsulu yoxdur. Ümumi yollar var ki, bu da gigiyenik qaydalara riayət etmək, xəstəsənsə maska taxmaq, zərurət yoxdursa evdən çıxmamaq, asqıranda yaxud öskürəndə ağızı, burunu tutmaq və s.
Bir məqamı da qeyd edim ki, adi maskalar nəmlənir və infeksiya ora yapışır. Xüsusi resperatorlar var ki, onlar nəmlənmir. Buna da hələ ehtiyac yoxdur. Sevindirici hallardan biri də budur ki, uşaqlar bu virusa yoluxmur.
Hesab edirəm ki, "Votsap"da, yaxud digər sosial şəbəkələrdə sadistlik edib insanları təşvişə salmaq lazım deyil". Telegram kanalımız