“Uşaqlar satılır, öldürülür, 12 yaşlı qızları zorla...“   - Naibə Allahverdiyeva

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqlar satılır, öldürülür, 12 yaşlı qızları zorla...“ - Naibə Allahverdiyeva

Şou

18 Avqust 2021 16:25 3165


Xalq artisti Naibə Allahverdiyevanın Yenisabah.az-a müsahibəsi:

- Naibə xanım, Əfqanıstandan olan bir uşağı övladlığa götürmək istədiyinizi dediniz. Bu addımınız necə qarşılandı?

- Əfqanıstandan övladlığa uşaq götürmək istədiyim üçün az qalır məni daş-qalaq etsinlər. Çoxu dedi ki, niyə azərbaycanlı uşaq övladlığa götürmürəm? Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqları dövlət öz himayəsinə götürür və onlara baxır. Onlara necə lazımdırsa qayğı göstərilir. Söhbət Əfqanıstandaki uşaqların vəziyyətindən gedir. Özünüz bilirsiniz ki, hazırda onlar hansı şəraitdə yaşayırlar. Onlar başsız qalıb, qaçqın düşüblər. Bundan əlavə onlarda bəzi adət-ənənələr var. Uşaqlar satılır, öldürülür. Mən eşitdiyimə görə, 12 yaşlı qızları zorla evdən çıxarıb analarının əlindən alırlar. Uşaqları oğurlayırlar. Sezar pizza

- Bu addımı atmaqda məqsədiniz nə idi?

- Mən bu addımı bir uşağın həyatını xilas etmək üçün atıram, onu öz himayəmə götürmək istəyirəm. Biz hər birimiz insanıq. Əfqanıstanda baş verən son hadisələrə çox böyük ürək ağrısı ilə baxıram. Həqiqətən də çox istəyərdim ki, əfqan uşaqlarından birini öz himayəmə götürüm. Bunu həqiqətən çox istəyirəm. Sadəcə bilmirəm ki, bunu rəsmi qaydada necə edirlər. 

- Bəs birdən övladlığa götürdüyünüz uşaq sizi tərk etsə necə?

- Bu tamam başqa bir şeydir. Bəzən insan sırf övladı olmadığı üçün hansısa uşağı himayəsinə götürür. Onun üstündə əziyyət çəkir, böyüdür boya-başa çatdırır. Və həmin valideyn istəməz ki, uşaq böyüyüb onu tərk etsin. Sovet dövründə belə bir qayda var idi : Kimsə övladlığa uşaq götürürdüsə, bunu gizlədirdi. Əgər bu dövlət tərəfindən bilinərsə həmin insana cinayət işi açılırdı. Lakin indi vəziyyət başqadır. 

- Öz övladınız olduğu halda niyə məhz əfqan uşağını övladlığa götürmək istəyirsiniz?

- Mənim öz övladım var, düzdür. Burda məsələ tamamilə başqadır. Mən əfqan uşağını sırf övladım yoxdur deyə himayəmə götürmək istəmirəm. Mən sadəcə bir həyatı xilas etmək istəyirəm. Mən bunu bir insan olaraq etmək istəyirəm. Mən oradaki acıları görürəm deyə, bir addım atmaq istədim. 

- Həmin uşaq böyüyüb birdən öz ailəsini axtarmaq istəsə buna nə reaksiya verəcəksiniz?

- Təbii ki, o uşaq mən böyütdükdən sonra nə vaxtsa biləcək ki, əfqandır. O, başına gələn hadisələrin hamısını öyrənəcək. Müəyyən yaşdan sonra öz ata anası, qohumu varsa onları təbii ki, axtaracaq. Bunu ona qadağa etmərəm. Mənim etdiyim sadəcə insanlıq üçün kiçik bir addım olacaq. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!