Uşaqlara bu saatlarda “TikTok”a girmək qadağan edilir

Uşaqlara bu saatlarda “TikTok”a girmək qadağan edilir

Dünya Saytların hazırlanması

26 Mart 2023 13:47 534


ABŞ-ın Yuta ştatında yaşı 18-dən az olanlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər.

Yenisabah.az "Associated Press"ə istinadən xəbər verir ki, bu qanunu respublikaçı qubernator Spenser Koks imzalayıb.

Qanuna əsasən, Yuta ştatında olan uşaqlar və yeniyetmələr valideynlərinin razılığını almadıqları halda, "TikTok" və bu kimi sosial media proqramlarına girişdən məhrum ediləcəklər.

Qərarın 2024-cü ilin martından qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, bu yaxınlarda ABŞ-da "TikTok" platforması 18 yaşdan kiçik istifadəçilər üçün gündəlik 60 dəqiqə ekran vaxtı məhdudiyyəti qoyur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!