“Uşaqlara Yeni il maskaları alarkən diqqətli olun” - Həkimdən   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Uşaqlara Yeni il maskaları alarkən diqqətli olun” - Həkimdən XƏBƏRDARLIQ

Sosial

19 Dekabr 2023 01:51 1180


Yeni ilin gəlişi ilə bazarlarda oyuncaqların və maskaların satışında artım müşahidə olunur. Uşaqlar üçün təklif olunan cizgi film qəhrəmanlarının obrazlarına azyaşlılar tərəfindən maraq böyükdür.

Bəs, bu maskaların uşaqların sağlamlığı üçün hər hansı zərəri varmı?

Dermatoloq Kənan Əhmədovun sözlərinə görə, maskalar uşaqların dərisinə allergik təsir göstərə bilər: Sezar pizza

“Bu tip maskaların dəriyə təması nəticəsində uşaqlarda allergik kontakt dermativ xəstəliyi əmələ gələ bilər. Rəngləndirici maddələrin içərisində qurğuşun materialı var. Həmin o qurğuşun metallar uşaqların sağlamlığına birbaşa təsir göstərir. Ona görə də oyuncaq alarkən mütləqdir ki, valideynlər sertifikat tələb etsinlər”.

Ekspertlər onu da qeyd edib ki, Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkəyə gətirilən məhsulların keyfiyyət sertifikatı olmadan bazara çıxarılması qəti qadağandır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!