Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi

Maraqlı

27 Aprel 2021 13:51 671


Nazirlər Kabineti “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ı təsdiqləyib.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata görə, Qərarla valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu və müəssisələri tərk etməsi qaydaları müəyyənləşib, müəssisələrdə uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

Qərarda uşaqların müəssisələrə qəbulu və müəssisələri tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, müəssisəyə qəbul edilmiş uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. pizza sifarişi

Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!