ÜST: Bu il kollektiv immunitetin yaranması mümkün deyil

saytların hazırlanması

Evə çatdırılma

ÜST: Bu il kollektiv immunitetin yaranması mümkün deyil

Sağlamlıq

12 Yanvar 2021 17:56 1015


Dünyanın bir çox ölkəsində koronavirus əleyhinə vaksinasiya kampaniyasına start verilməsinə baxmayaraq, bu il hər hansısa bir ölkədə virusa qarşı kollektiv immunitetin formalaşması və bu yolla əhalinin əsas etibarilə yoluxmaya qarşı qorunması mümkün olmayacaq.

Yenisabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi tədqiqatlar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan bu il ərzində əhali immuniteti və ya kollektiv immunitetin hansısa bir mərhələsinə nail olmağı qeyri-mümkün hesab edib.

S.Svaminatan öz açıqlamasında COVID-19-a qarşı, eyni zamanda, bir neçə etibarlı və təhlükəsiz peyvənd maddəsinin hazırlanması və kütləvi istehsalına başlanmasını inanılmaz tərəqqi kimi təqdir edib. Lakin, eyni zamanda, qeyd edilib ki, bütün dünyada tələb olunan milyardlarla doza peyvəndin istehsalı və çatdırılması üçün zamana ehtiyac var. Buna görə də insanlar qarşıdakı dövrdə səbirli olmalı və təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər. (Azərtac) Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!