ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz

saytların hazırlanması

Evə çatdırılma

ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz

Sağlamlıq

14 Sentyabr 2020 20:58 938


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada oktyabr və noyabr aylarında koronavirusla əlaqəli ölüm sayının artacağını gözləyir.

Yenisabah.az bildirir ki, bu barədə “Frans Press” agentliyi ÜST-ün Avropa üzrə Regional Bürosunun direktoru Hans Klugeyə istinadən xəbər verib.

“Vəziyyət daha da mürəkkəbləşəcək. Oktyabr və noyabr ayında daha yüksək ölüm nisbətini görəcəyik”, - deyə o, xəbərdarlıq edib. Dördpendirli pizza

Həmçinin o da vurğulanıb ki, ölüm sayında artım Avropada yeni epidemiya dalğası səbəbiylə yoluxmaların çoxalması ilə əlaqəli olacaq.

Son məlumatlara görə, dünyada 29 milyondan artıq insanda koronavirus aşkarlanıb. Virusdan ümumilikdə 928 mindən çox insan ölüb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!