ÜST koronavirusla mübarizədə Azərbaycana yeni tövsiyələr verdi

saytların hazırlanması

Evə çatdırılma

ÜST koronavirusla mübarizədə Azərbaycana yeni tövsiyələr verdi

Sosial

31 İyul 2020 15:26 903


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 10 günlük səfərdə olmuş missiyası COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsi və test strategiyasının gücləndirilməsini tövsiyə edir.

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bu gün səhər Nazirlər Kabinetində görüş keçirilib: pizza sifarişi

"Görüşdə koronavurusla mübarəzidə hökumətə müəyyən tövsiyələr verilib. Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq. Sözügedən sənəd qiymətləndirmənin ətraflı təsviri, ÜST-ün lazımı məqamda əlavə yardım göstərilməsi ilə bağlı məlumat və tövsiyələrini özündə ehtiva edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!