ÜST yenidən peyvənd və maskalara çağırır

saytların hazırlanması

Evə çatdırılma

ÜST yenidən peyvənd və maskalara çağırır

Sağlamlıq

20 Avqust 2022 16:20 5088


Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosu bildirib ki, təşkilat əhatə dairəsini artırmaq üçün əhali arasında peyvəndin gücləndirilməsini, həmçinin tibbi maskalardan istifadənin təşviqi ilə bağlı tədbirlərin görülməsini tövsiyə edib.

Yenisabah.az xəbər verir ki, məlumata görə, bu, insanların payız və qış aylarında koronavirusun "Omikron" ştammından qorunması ehtiyacı ilə əsaslandırılır. 

Bildirilib ki, “Omikron”la mübarizənin əsas tədbirləri peyvəndlə əhatə dairəsinin artırılması, immuniteti zəif olan 5 yaşdan yuxarı vətəndaşlara, eləcə də onların ətraf mühitindən olan insanlara gücləndirici dozaların tətbiq edilməsidir. ÜST-ə görə, risk altında olan insanlara peyvənddən 3 ay sonra gücləndirici dozaların tətbiqini təklif etmək də məqsədəuyğundur. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!