Üzərində F1 qumbarası gəzdirən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Üzərində F1 qumbarası gəzdirən saxlanıldı

Kriminal

07 İyul 2019 01:05 1753


Sumqayıt sakinindən əl qumbarası götürülüb.

“Yeni Sabah” xəbər verir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçiridkləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkar edilərək götürülüb. Sezar pizza

Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş A.Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!