“Uzunmüddətli ağrılar infarkt əlamətidir“ - Mütəxəssis

saytların hazırlanması

Evə çatdırılma

“Uzunmüddətli ağrılar infarkt əlamətidir“ - Mütəxəssis

Sağlamlıq

13 Dekabr 2021 11:31 1753


Ürək nahiyəsində uzun müddətli ağrılar infarkt əlamətlərindən biri ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış tibb mütəxəssisi, Moskva Səhiyyə İdarəsinin 6 saylı Konsultativ-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Andrey Sırov "Qovorit Moskva" radiosunun efirində bildirib.

O, qeyd edib ki, əgər həyatda ilk dəfə hava çatışmazlığı hissi, təzyiqin dəyişməsi, ürək döyüntüsünün artması ilə müşayiət edilən 20-30 dəqiqəlik şiddətli ağrılar olsa - bu təcili tibbi yardım çağırmaq və ürək fəaliyyətinin qrafik təsvirini - kardioqramı çıxarmaq üçün səbəbdir. pizza mizza

“Əgər ağrı fiziki fəaliyyət zamanı baş verərsə, mütəxəssisə müraciət etməlisiniz”, - o deyib.

“Bəzən ürək nahiyəsindəki xoşagəlməz hisslər həzm sistemindəki pozğunluqları göstərə bilər”, - deyə mütəxəssis əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!