Vahid Əhmədovun oğlu prokuror təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əhmədovun oğlu prokuror təyin edildi

Kriminal

02 İyul 2019 14:20 1853


Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. 

“Yeni Sabah” Azvision.az-a istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.

Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.  Marqarita pizza

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!