Van Damm Azərbaycana təşəkkür etdi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Van Damm Azərbaycana təşəkkür etdi - Foto

Dünya

20 Noyabr 2019 16:25 1402


Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edib.

“Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib. pizza

Jan Klod Van Dam təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.

Xatırladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!