Van Dammın Azərbaycan haqda paylaşımına rekord sayda bəyənmə gəlib

saytların hazırlanması

Evə çatdırılma

Van Dammın Azərbaycan haqda paylaşımına rekord sayda bəyənmə gəlib

Dünya

21 Noyabr 2019 05:43 6294


Xəbər verdiyimiz kimi amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə sosial şəbəkədə minnətdarlığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, onun 17 milyonluq Facebook səhifəsindəki paylaşıma bu saata qədər 41 min bəyənmə gəlib. Bundan başqa dünyanın müxtəlif yerlərindən 2200 nəfər posta şərh yazıb və paylaşım 1700 dəfə repost edilib. 

Maraqlı olan odur ki, xarici ölkələrdən şərh yazanların əksəriyyəti Qəbələni, Vəndam kəndini görmək istədiklərini bildiriblər. Dominos pizza

Xatıqladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!