Vanqa adı gələn kimi insanların beyni on il, yüz il sonra baş verəcəklərə köklənir. Çünki illərdir, dünya insanı bu müdhiş öncəgörənin proqnozları ilə çalxalanır. Dediklərinin hamısı tam özünü doğrultmasa da, bəzilərinin həqiqət payı böyükdür. Qarşıdan 2020-ci il gəlir və dünyaca məşhur baxıcının bu illə bağlı nələr dediyini hamı səbirsizliklə gözləyir.
“Yeni Sabah” Rusiya mətbuatına istinadən xəbər verir ki, Vanqa bu il üçün zəlzələ və qarşıdurmalar proqnozlaşdırmışdı.
2020-ci illə bağlı verdiyi proqnozlarında Vanqa bu il Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli sunami baş verəcəyini, Bunun böyük itki və dağıntılara səbəb olacağını deyib. Daha sonra isə Asiyanın bu bölgəsini Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözlədiyini də açıqlamışdı. pizza
Vanqanın proqnozlarına inansaq, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra ciddi iqtisadi böhranla üzləşəcək. Bundan əlavə, Qərbi Avropa dini və etnik zəmində qarşıdurmalarla sarsılacaq, bu da AB-nin dağılmasının başlanğıcı olacaq.
Proqnoza görə, ABŞ Prezidenti Donald Tramp eşitmə problemi ilə bağlı qəribə bir xəstəliyə tutulacaq. Həmçinin gələn il bütün dünyanı ciddi bir iqtisadi böhran bürüyəcək. Böhrandan ən uğurlu Rusiya çıxacaq.
Qeyd edək ki, şok proqnozları ilə dünyanın daim diqqət mərkəzində olan Vanqa rus kəşfiyyat rəhbərləri, bir çox tanınmış ölkə liderləri və o cümlədən, İkinci Dünya müharibəsi zamanı Adolf Hitler tərəfindən şəxsən ziyarət edilib.
Vanqa 1996-cı ildə 84 yaşında Bolqarıstanda dünyasını dəyişib.
Telegram kanalımız