“Vaqa” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

“Vaqa” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Kriminal

23 May 2025 13:59 358


“Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddəyinə uzadılıb. pizza mizza

Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!