Vaqif Mustafayev: “Nazir filmimə baxıb güldü, sonra 27 dəqiqəsini kəsdirdi“

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Mustafayev: “Nazir filmimə baxıb güldü, sonra 27 dəqiqəsini kəsdirdi“

Mədəniyyət

20 Aprel 2023 13:17 2095


"Həyat, deyəsən, gözəldir" filmi may ayında nümayiş olunacaq.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Xalq artisti Vaqif Mustafayev deyib.

O bildirib ki, filmdə gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz ediblər: "Türkiyədə festivala təqdim edilməzdən əvvəl filmdən 27 dəqiqə kəsildi. Nazir özü baxıb güldü, amma dedi kəsilsin. Mən bunun niyə edilməsini başa düşmədim". Dominos pizza

İdeologiyanın əhəmiyyəti barədə danışan Xalq artisti qeyd edib ki, keçmiş rəhbərlik ideologiyanın nə olduğunu bilmədiyinə görə filmin nümayişi yubanıb: "İdeologiyanın mahiyyətini bilməliyik və bu, hər kəsin qanında olmalıdır. Ona görə gənclər festival naminə ideologiyanı pozmamalıdırlar. Kino etik və estetik aləmimizi yaradır. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə gələcək naminə ehtiyatlı olmaq lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!