Vardanyan Arayiki hədələdi: “Cavab verəcəksən!”

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Arayiki hədələdi: “Cavab verəcəksən!”

Rəsmi

21 Avqust 2023 10:48 1227


Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan və sabiq “dövlət naziri” Ruben Vardanyan arasında münasibətlər gərginləşməkdədir. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə R. Vardanyan videomüraciətində bildirib.

“Siz ancaq pulun və vəzifənin hər şeyi idarə edə biləcəyinə inanırsınız. Araik, yanılırsınız. Həftənin əvvəlində istefa verəcəyinizi deyirdiniz. Deyirdiniz ki, artıq qərarınızı vermisiniz deyə, sizi istefaya inandırmağa ehtiyac yoxdur.  Toyuqlu pizza

Başqalarına isə təzyiq altında olduğunuzu və vəzifədən getmək istəmədiyinizi dediniz. Siz hər dəfə fərqli insanlara fərqli şeylər deyirsiniz və bu qəbuledilməzdir. Siz bizim bir yumruqda birləşməyimizi istəmirsiniz. Siz “dövlət qurumları”nı məhv edirsiniz. Son 30 ildə fərqli insanların qurduğu “dövləti” məhv edirsiniz. Sizin bunu etməyə haqqınız yoxdur. Etdiklərinizə görə “Artsax xalqına” cavab verməli olacaqsınız. Mən onların yanında dayanacağam!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!