“Ermənistan Roma Statunun ratifikasiyasının Rusiya Federasiyası ilə münasibətlərə təsir etməməsi üçün çox iş görüb”.
Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin dövlət və hüquq məsələləri komissiyasının rəhbəri Vladimir Vardanyan deyib.
“Bu, heç bir halda Ermənistan-Rusiya münasibətlərinə təsir etmir. Kifayət qədər çox iş görmüşük ki, sənəd ratifikasiya edildikdən sonra heç bir şey ikitərəfli müttəfiqlik münasibətlərinə təhlükə yaratmasın”, – deyə o qeyd edib. pizza
Telegram kanalımız