Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf edib.
Yenisabah.az xəbər verir ki, erməni əsilli Rusiya vətəndaşı bu baradə “Byline Times”a müsahibəsində danışıb.
“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, - deyə o, bildirib. Marqarita pizza
Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə tezisləri təkzib edib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə öz bəyanında ABŞ-nin ATƏT-dəki sədrinin “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldandığını bildirib.
“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”, - deyə A.Hacızadə “Twitter” hesabında yazıb.
/Oxu.az
Telegram kanalımız