İngiltərənin “Lester Siti” klubunun hücumçusu Cimi Vardi 13 illik komandası ilə vidalaşıb. 38 yaşlı forvard mövsüm sonu klubdan ayrılacaq.
Yenisabah.az xəbər verir ki, Vardi “Lester”in heyətində sonuncu matçına mayın 18-i “İpisviç”lə qarşılaşmada çıxacaq. “Lester Siti” Vardi üçün vida mərasimi təşkil edəcək.
Qeyd edək ki, Cimi Vardi “Lester Siti”nin 2015-2016-ci il mövsümündəki əfsanəvi çempionluğunda əsas pay sahibi idi. Cari mövsümdə olduqca bərbad çıxış edən “Lester”in artıq Premiyer Liqanı tərk etməsi rəsmiləşib. Toyuqlu pizza
Telegram kanalımız