Əməkdar artist Vasif Məhərrəmli həmkarı İzzət Bağırovun xüsusi təqdimata ehtiyac olmadığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, o, “Qonaqcanlı” verilişində qeyd edib:
“İzzət yaxın dostumdur. İstəməzdim onu tituluma görə təqdim etsinlər. Çünki o, efirə çıxanda biz hələ televizor qarşısında oturub ona baxırdıq”. Sezar pizza
Vasif Məhərrəmli həmkarı ilə tanışlığının illər əvvələ təsadüf etdiyini xatırladıb. Onun sözlərinə görə, İzzət Bağırov gənc yaşlarında restoranların birində çalışır və kifayət qədər sevilirdi.
Müğənni bildirib ki, daha sonra özü də eyni restoranda fəaliyyət göstərib və restoran rəhbərliyi İzzətdən sonra yalnız onu bəyəndiyini deyib. Müştərilər də uzun müddət məhz İzzət Bağırova görə həmin restorana gəldiklərini etiraf edirmişlər.
Telegram kanalımız