Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilib.
“Yeni Sabah xəbər verir ki, iməclik zamanı yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığında terras üsulu ilə salınan 15 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.
Ötən illər ərzində meyvə bağında 9300 müxtəlif meyvə ağacları, eləcə də üzüm kolları əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb. Vaxtlı-vaxtında göstərilən aqrotexniki qulluğun nəticəsidir ki, artıq ağaclar məhsul verir. Dominos pizza
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.
Telegram kanalımız