Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Qurban bayramı ərəfəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş 2 şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə fərdi yaşayış evi və mənzillər təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, həmçinin sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, hərbi xidməti vəzifəsinin icrası zamanı sağlamlığını itirmiş şəxsə və Çernobıl qəzasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobili verilib.
Vasif Talıbov bildirib ki, Azərbaycanda Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Marqarita pizza
“Bu gün fərdi yaşayış evi, mənzil və avtomobil təqdim olunanlar da xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, vətənpərvərlik nümunəsi göstərmiş şəxslərdir. Bunlar o yerdə baş verir ki, həmin ölkədə dövlət-xalq birliyi vardır. Dövlət xalqına arxalanır, xalq isə dövlətinə inanır. Belə olan halda isə hər bir şəxs dövləti qarşısında öz xidməti borcunu layiqincə yerinə yetirməyə çalışır”.
Sonra Ali Məclisin Sədri fərdi yaşayış evi və mənzillərin orderlərini, eləcə də minik avtomobillərinin açarlarını təqdim edib.
Telegram kanalımız