Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu, bizi qürurlandırır. Ölkəmizin gələcək zabitlərini hazırlayan Heydər Əliyev adına Hərbi Liseylə fəxr edirik!
“Yeni Sabah” xəbər verir ki, bunu Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.
O, bildirib ki, ordu o zaman güclü olur ki, onun peşəkar komandan-zabit heyəti olsun. Azərbaycan dövləti hərbi təhsil müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradır, zabit hazırlığına diqqəti artırır. Dominos pizza
“Qalır bu imkanlardan səmərəli istifadə etmək. Hər bir kursant istər hərbi liseydə, istərsə də ali hərbi məktəblərdə təhsil aldığı dövrdə hərb sənətini dərindən öyrənməli, daim öz üzərində işləməli, gələcəyin zabiti kimi yetişməlidir. Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir”.
Ali Məclisin Sədri bir daha buraxılış münasibəti ilə kursantları təbrik edib, qarşıya qoyulan vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulayıb.
Sonra V. Talıbov liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Telegram kanalımız