Vasif Talıbov onlara maşın verdi

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov onlara maşın verdi

Rəsmi

29 İyul 2019 18:27 1910


Naxçıvan Muxtar Respublikasına gətirilmiş 500 ədəd kommunal təyinatlı  konteyner və xidməti minik avtomobillərinin təqdimatı olub.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini- maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki  bazasının möhkəmləndirilməsi həyata keçirilir.

Səbuhi Məmmədov yeni məişət tullantıları konteynerlərinin təqdim olunmasını da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, bu sahədə çalışan kollektivlərə  işlərində uğurlar  arzulayıb. Marqarita pizza

Qeyd edək ki, gətirilən  500 yeni konteynerdən 40-ı Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə, qalanları isə muxtar respublikanın bütün rayon inzibati ərazi dairələri əhatə olunmaqla  yerlərdə  fəaliyyət göstərən  kommunal müəssisələri  kombinatlarına  və  bələdiyyələrə verilib.

Tədbirdə eyni zamanda Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyəsi, Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Sədərək rayonunun Heydərabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xidməti istifadə üçün yeni minik avtomobilləri təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!