Vasif Talıbov polisləri də  alçaldıb:   Küçə süpürtdürürmüş... - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov polisləri də alçaldıb: Küçə süpürtdürürmüş... - FOTO

Siyasət

04 Yanvar 2023 15:45 3793


Vasif Talıbov rejimi Naxçıvan polislərinə də zülm edib.

Yenisabah.az xəbər verir ki,  bu fakta dair sosial şəbəkələrdə fotolar yayılıb. Fotonun şərh bölümündə deyilir: "Şərəfli Azərbaycan polisini görün nə günə salmışdılar. Bura Babək Rayon Polis İdarəsinin ərazisidir. Polislərin əlinə süpürgə verib belə aşağılayanlar ən ağır şəkildə cəzalandırılmalıdır. Bu görüntülər sabiq daxili işlər nazirinin rəhbərliyi dövründə çəkilib".

Mənbəmiz bildirir ki, bu “ideyanın müəllifi” Babək Rayon Polis İdarəsinin rəis müavini Elşən Babayevdir: "Rayon polisinin rəisi Elgün Əliyev də dahiyanə “ideyanı” bəyənib və beləcə polislərin qara günləri başlayıb. İnanırıq  ki, əsl polis işçisi, dövlətin kifayət qədər etibar edib inanadığı yeni nazir Süleyman Nemətov belə neqativ halları tezliklə aradan qaldıracaq, Naxçıvan polisləri ilə bir daha belə aşağılayıcı rəftar edilməyəcəkdir"./Sherg.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!