Vasif Talıbovun şəcərəsi açıqlandı: Babaları görün kim olub...

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun şəcərəsi açıqlandı: Babaları görün kim olub...

Maraqlı

27 Noyabr 2023 12:53 55116


Tanınmış tədqiqatçı alim Nazir Əhmədli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri, Milli Məclisin hazırkı deputatı Vasif Talıbovun şəcərəsini araşdırıb. 

Modern.az-ın məlumatına görə, Nazir Əhmədli 1873-cü ildə arxivləşdirilmiş Şərur-Dərələyəz qəzasının kameral təsvirindən çıxarışı dərc edib. 

Həmin çıxarışa görə, Vasif Talıbovun şəcərəsi Şərur-Dərələyəz qəzasının Xan Aralığı kəndindəndir.  Sezar pizza

Arxivləşdirilən kameral təsvirdə yazılıb: 

“Talıb Xudaverdi oğlu 50 yaşında; oğlanları - Həsənqulu 22 yaş; Abdulla 13 yaş; Rzaqulu 5 yaş. Ailədə 4 kişi və 3 qadın var”. 

Tədqiqatçı-alim qeyd edib ki, Şərur-Dərələyəz qəzasının Xan Aralığı kəndi Kor Kəlbəli xana məxsus olduğuna görə o cür adlanıb. 

“Bundan başqa “Bəy Aralığı" kəndi də olub. Sonralar bu iki kənd qovuşub və hazırda bir “Aralıq” kəndi var. 

Çox güman ki, Vasif Talıbov Rzaqulunun nəslindəndir, çünki böyük oğlunun adı da Rzadır”, - Nazi Əhmədli bildirib. 

Talıbovun milliyətinə gəlincə, tədqiqatşı alim bunları deyib: 

“Hazırkı kameral təsvirin tərtib edildiyi 1873-cü ildə türkləri də, kürdləri də, tatları da tatar yazırdılar. Mənim qənaətimə görə, o türkdür”. 

“O, xan nəslindən olmayıb, sadəcə, babaları xanın kəndində yaşayan rəiyyət olub”, - deyə Nazir Əhmədli əlavə edib. 

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib. V.Talıbov vəzifədə olduğu müddətdə Naxçıvanda onu qeyri-rəsmi olara "Xan" adlandırırdılar. 

V.Talıbov hazırda Azərbaycan Milli Məclisnin deputatıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Talış
    O türkə oxşamır, Məncə o kürddür
    2 years ago
  • Talış
    O türkə oxşamır, Məncə o kürddür
    2 years ago
  • Məzahir
    O rəiyyət nəslindən olub. ,,sapı" özümüzdən olandır ki, zülm edirdi!
    2 years ago