Vasif Talıbovun “Xan Sarayı”   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun “Xan Sarayı” - FOTO

Siyasət

07 Yanvar 2023 14:59 43196


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun evinin fotosu yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı paylaşım edib.

Ötən gün Naxçıvana gedən jurnalist paylaşımında “Vasif Talıbovla müsahibə üçün evinə gəldik. Sonrası… çox aqressiv…”, deyə qeyd edib. Sezar pizza

Keçmiş sədrin dəbdəbəli villası sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Xatırladaq ki, Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, dekabrın 21-də vəzifəsindən istefa verib. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.undefined


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!