Vaşinqton görüşündə nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqton görüşündə nə olacaq?

Dünya

14 İyun 2019 12:23 1428


“İyunun 20-də Xarici işlər nazirləri arasında keçiriləcək görüşdən əvvəl  regionda  vəziyyət hər kəsə məlumdur. Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Moskva görüşü barədə də bildirmişdim ki, görüşün nəticəsi və konturları məlum olacaq”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O bildirib ki, münaqişənin nizamlanması ilə bağlı tərəflərin  görüşünə doğrudan da ehtiyac var:

“Vaşinqtondakı görüş  Amerikanın  münaqişəyə baxış prizmasına görə, vacibdir. Bu görüşdən sonra yəqin ki,  Amerika Dövlət Departamentinin  rəhbərinin də Azərbaycan və Ermənistan Xarici işlər nazirləri ilə görüşü olacaq. Görüşdən əvvəl və ya sonra ABŞ-ın münaqişə ilə bağlı ökələrə  məsləhətləri və ölkələrə baxış bucağı  məlum olacaq. Görüşün digər əhəmiyyəti ondan ibarətdir ki, uzun illər idi  Amerikada münaqişə ilə bağlı görüşlər keçirilmirdi. Səhv etmirəmsə, son görüş 2000-ci illərin əvvəllərində olmuşdu. Bu, prezidentlər arasında görüş idi. Bundan sonra uzun illər ərzində  görüşlər keçirilmirdi”.  Marqarita pizza

Politoloqun sözlərinə görə,  görüşdən ümumi nəticələr gözləmək olmaz:

“Əhəmiyyətini isə vurğulamaq lazımdır. Son zamanlar Ermənistan tərəfindən münaqişə ilə bağlı yenidən qaynar cəbhə vəziyyətini  görürük. Ermənistan ordusunun atəşkəsi pozması, Azərbaycan ordusuna snayperlərdən atəş açması, dünən isə Azərbaycan hərbi təyyarələrini vurmaq cəhdləri bunu göstərir. Bir qrup qüvvələr istər Cənubi Qafqazda, istərsə də kənarlarında Azərbaycana təzyiq etməkdə israrlıdırlar. Amerikadakı görüş bir çoxlarını narahat edir. Son zamanlar Rusiya ilə Qərb arasında davam edən geosiyasi vəziyyət artıq Qara dəniz vasitəsilə Cənubi Qafqaza da keçməkdədir. Yaxın illərdə Cənubi Qafqazda sakitlik gözləmirəm. Cənubi Qafqaz daha çox geosiyasi aktorların döyüş meydanına çevriləcək”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda görüşləri baş tutacaq.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!