“Vaxt gələr, hamısını açıb deyərəm“   - Aybəniz Haşımova

saytların hazırlanması

Evə çatdırılma

“Vaxt gələr, hamısını açıb deyərəm“ - Aybəniz Haşımova

Mədəniyyət

02 Fevral 2021 12:47 1504


Xəbər verdiyimiz kimi, bir neçə ay öncə Əməkdar artist Aybəniz Haşımova pandemiya dövründə yeni biznes qurmuşdu.

Şirniyyat və müxtəlif növ yeməklərin satışına başlayan sənətçi özünə sosial şəbəkədə  səhifə yaradaraq yeməklərin satışını onlayn şəkildə həyata keçirirdi.

Yenisabah.az-a danışan Haşımova həmin səhifəni özü üçün açmadığını açıqlayıb. Xanım sənətçi bildirib ki, həmin səhifəni özü üçün açmayıb:  pizza sifarişi

“Bilirsiniz, o mənim səhifəm deyildi. Açığı deyim ki, mən o səhifəni nə isə bişirib qazanmağım üçün açmamışdım. Nə olur, olsun, o qədər çətinliklərdən keçmişəm, amma heç vaxt bunu bildirməmişəm. Sadəcə mənim ətrafımda çox sevdiyim xanımlar var, onların maddi durumuna kömək etmək üçün bu səhifəni yaratmışdım. Belə məsələhət etdilər ki, sənin adınla bu səhifəni açaq. Dedilər ki, belə olsa daha çox insan müraciət edəcək, bizə kömək et. Mən də baş üstə dedim. Mən hətta onlara qoşulub yeməkləri də bişirə bilərəm. Təki onların yaşayışı, dolanışıqları normal olsun. Əl-ələ tutmalıyıq. Bu gün elə bir dövrdür ki, hamı bir-birinə əl tutmalıdır. İndi əsl sınaq dövrüdür, bir-birimizə kömək etməliyik ki, vəziyyətdən çıxaq. Bəs biz bir-birimizə kömək etməsək necə olacaq? Elə adam var ki, maddi kömək edə bilmirsən, amma mənəvi kömək edə bilərsən. Bir-birimizi mənəvi baxımdan da incitsək çətin olar. Mənfi enerji yaymaq olmaq, mən elə hey desəm ki, "ağrıyıram” nolacaq? Ağrım azalmayacaq ki, əksinə qarşı tərəf narahat olacaq. Ona görə mən çalışıram ki, bu şeyləri gizlədim. İnşallah, vaxt gələr, haçansa açıb deyərəm. Amma indi düşünürəm ki, lazım deyil. Bir-birimizə maddi, mənəvi nəyə gücümüz çatırsa yardım etməliyik”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!