Xalq artisti Flora Kərimova İctimai TV-də yayımlanan "3D" verilişinin qonağı olub.
Yenisabah.az xəbər verir ki, 80 yaşlı sənətçi bir zamanlar deputatlığa namizəd olmasından danışıb. O, deputatlığının əlindən alındığını açıqlayıb. O, buna görə Avropa Məhkəməsinə müraciət etdiyini bildirib. Xalq artisti daha sonra 5 il deputat maaşı almasını təsdiqləyib:
“Deputatlığa namizədliyim oldu, amma əlimdən aldılar. Avropa məhkəməsinə müraciət etdim. 5 illik depuatat maaşı aldım, doğrudur. Vay o parlamentin halına, heç nəyi udmaq həvəsi olmayan Flora orada danışacaqdı… Parlamentin fəaliyyətini izləmirəm. Mənə maraqlı deyil, mənə nəticə maraqlıdır. Bu gün Milli Məclisdə ürəyimcə çıxış edən, istədiyimi deyən millət vəkili var. Olmasa, bədbəxt millət olardıq. Vuruşan, savaşan, sözünü deyən, axıra qədər gedən deputatlar var. Onların sözü axır-əvvəl yerini tutur. Məni intriqaya çəkməyin, ad çəkməyəcəm. Yaşadığım ərazinin millət vəkili kimdir bilmirəm, ona işim düşməyib. Ümumiyyətlə, mən heç vaxt heç kimin yanına xahiş üçün getməmişəm. 81 yaşım var, heç bir qapını xahişə görə döyməmişəm. O vaxt mənim fəxri ad məsələmin müzakirəsi gedirdi. Xalq deyirdi, hətta Milli Məclisdə də bunu səsləndirirdilər, amma mən heç vaxt buna görə kimdənsə xahiş etməmişəm. Kiminsə yanına getsəm, xahiş etsəm, alçalsam, qazandığım uğurdan özüm də ləzzət ala bilmərəm, rahat ola bilmərəm, nəticəsini sevinərək yaşaya bilmərəm. Mənim həyata baxışım tamam başqadır”. Marqarita pizza
Həmin görüntüləri verilişin 14-cü dəqiqəsindən etibarən izləyə bilərsiniz:
Telegram kanalımız