“Vəd verirlər, amma...” - Sakinlər şikayət edir - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Vəd verirlər, amma...” - Sakinlər şikayət edir - FOTOLAR

Sosial

27 Yanvar 2025 10:37 179


Bakıxanov qəsəbəsində Sülh küçəsi ilə Ərəblinski küçələrini birləşdirən Aşıq Alı küçəsində yol infrastrukturu bərbad vəziyyətdədir. Sakinlər həmin küçənin illərdir təmir olunmadığı bildirir.

Vətəndaşların “Yeni Sabah” redaksiyasına ünvanladığı şikayət məktubunda qeyd edilir ki, dəfələrlə yerli icra hakimiyyəti və AAYDA-ya müraciət etsələr də, heç bir nəticə olmayıb.

Sakinlərin sözlərinə görə, gecə vaxtı yolda hərəkət etmək qeyri-mümkündür, yağış yağan zamanı isə iri gölməçələr küçəni tam yararsız edir. pizza mizza

Şikayət məktubunu imzalayan İmran Əliyevin dediyinə görə, iyul ayında yerli icra hakimiyyəti nümayəndələri məsələnin həll ediləcəyi ilə bağlı vəd versə də, heç bir iş görülməyib. 

Sakinlər, həmçinin ərazidə fəaliyyət göstərən “Bakikhanov Residence” tikinti şirkətindən də ciddi narazıdır. Şirkətin bir müddət öncə Aşıq Alı küçəsindəki ağacları kəsdiyini və yerində inşaat işi görmək istədiyi bildirilib. 

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!